Kouçlar üçün TOT Vebinarı – Təlimçi Olmağa İlk Addım! TOT (Training of Trainers)
Kouçlar üçün TOT Vebinarı – Təlimçi Olmağa İlk Addım!
Sən artıq bir kouçsan. Özünü tanımaq, insanlara dəyər yaratmaq və onların inkişafına dəstək olmaq yolunda xeyli irəliləmisən. Bu, az deyil — bu, sənəvişlənmiş bir zəhmətin nəticəsidir.
İndi isə növbəti mərhələ sənin qarşındadır: tələb olunan bilik və təcrübəni başqalarına ötürmək, ilham vermək və öyrətmək bacarığı – yəni təlimçilik sənəti.
💡 TOT (Training of Trainers) vebinarı məhz bu məqsədlə hazırlanıb –
kouçların öz biliklərini sistemləşdirərək, onları peşəkar təlim formatına çevirə bilməsi üçün.
Bu 2.5 saatlıq intensiv sessiya ICF Azərbaycan bölməsinin dəstəyi ilə keçiriləcək və təlimçilik bacarıqlarına struktur, inam və yön qazandıracaq.
Təlim və təlimçinin mahiyyəti: təlimçi kimdir və hansı dəyərləri daşıyır?
TOT nədir və nə verir: beynəlxalq standartlarda təlimçi hazırlığının əsas prinsipləri.
Kouçun təlimçi olmaqla üstünlüyü: kouç düşüncəsinin öyrətməyə gətirdiyi fərq.
TOT prinsipləri: öyrənən mərkəzli yanaşma və qarşılıqlı öyrənmə mühiti.
Effektiv təlim planı və strukturu: məqsəd, axın, interaktivlik və nəticə balansı.
Təlimi “dadlı-duzlu” edən elementlər: oyunlar, metaforalar, hekayələr və enerji idarəsi.
Kouçvari təlimçilik: dinləmə, güzgüləmə və açıq suallarla öyrənməni dərinləşdirmək.
Təlimçinin motivasiya mənbəsi: ilhamı qorumaq və öz enerjini davamlı yeniləmək.
Coaching in organisations
CC : Pending approval RD : 2