Koçluqda Şəxsi Brendin Yaradılması və Mövqeləndirmə Strategiyaları
PEŞƏKAR KOÇ KİMİ ÖZÜNÜZÜ MÖVQELƏNDİRMƏK
Brend Olmaq İstəyirəm!
Peşəkar həyatına şüurlu şəkildə istiqamət verən…
Fərq yaradan…
Öz sahəsində tanınan…
Dəyərini düzgün mövqeləndirən…
və fərdi olaraq güclü bir brend qurmaq istəyən peşəkarlar üçün hazırlanmış xüsusi seminar proqramı.
Bu seminar, peşəkar koçların və fərdi fəaliyyət göstərən mütəxəssislərin özlərini sadəcə “xidmət göstərən bir şəxs” olmaqdan çıxarıb, aydın kimliyi olan, tanınan və seçilən bir brendə çevrilmələrini hədəfləyir.
Koçluq yanaşması əsasında qurulmuş bu bir günlük seminar, marketinq, mövqeləndirmə və dəyər yaratma anlayışlarına daxili fərqındalıq əsaslı yeni bir perspektiv qazandırır.
Seminarın Məqsədi
İştirakçıların öz peşəkar kimliklərini şüurlu şəkildə formalaşdıraraq, bazarda güclü, aydın və davamlı bir şəxsi brend yaratmalarına dəstək olmaq.
Bu Seminar Kimlər Üçün Uyğundur?
Peşəkar koçlar
Koçluq karyerasına başlamaq istəyənlər
Fərdi fəaliyyət göstərən peşəkarlar
Konsultantlar, təlimçilər və mentorlar
Sərbəst çalışan mütəxəssislər (freelancerlər)
Öz sahəsində tanınan və seçilən bir brend olmaq istəyən hər kəs
All
CC : 0 RD : 2.5