Zürafənin Dilindən Ehtiyacların Gözəlliyinə Səyahət
Zorakı Olmayan Ünsiyyət (Nonviolent Communication — NVC)
İçimizdəki “zürafə” ilə tanış olmağa hazırsınızmı?
Bu seminar sizi anlayışın, empatiyanın və insan əlaqələrinin dərin qatlarına aparacaq bir səyahətə dəvət edir.
🦒 Zürafə — ürəyin səsini eşidən, öz ehtiyaclarını açıq, mərhəmətli və hörmətlə ifadə edən tərəfimizdir.
🐺 Çaqqal və “tərbiyəli çaqqal” — gündəlik ünsiyyətdə bizi məhdudlaşdıran, qoruyan və ya müdafiə edən üslubların simvoludur.
Bu interaktiv görüşdə öyrənəcəksiniz:
Həqiqi empatiyanı necə tətbiq etmək,
Ehtiyacları necə tanımaq və onları hörmətlə ifadə etmək,
Ünsiyyətdə qarşılıqlı anlayışı və əlaqəni necə gücləndirmək.
Xüsusilə də, bu təlimdə zorakı olmayan ünsiyyətin insan münasibətlərinə, komanda işinə, liderliyə və gündəlik iş proseslərinə praktik təsirini canlı nümunələrlə müşahidə edəcəksiniz.
All
CC : Pending approval RD : 1.5