Daxili Balans və Enerji İdarəetməsi
Məqsədi: İştirakçıların gündəlik həyat və iş temposu içərisində öz daxili vəziyyətlərini daha yaxşı fərq etmələrinə, enerji itkilərini tanımalarına və şəxsi balanslarını bərpa etmək üçün fərdi resurslarını kəşf etmələrinə dəstək olmaqdır.
Bu qrup kouçluğu iştirakçılara “mənim enerjimi nə artırır, nə azaldır?”, “hansı sahələrdə özümü tükənmiş hiss edirəm?”, “daha balanslı və şüurlu yaşamaq üçün nəyi dəyişə bilərəm?” kimi suallar üzərindən düşünmək imkanı yaradır.
Faydası:
İştirakçılar sessiya müddətində öz emosional, zehni və fiziki enerji mənbələrini analiz edir, daxili gərginlik və yorğunluq yaradan faktorları daha aydın görür, şəxsi balanslarını qorumaq üçün praktik fərqindəlik qazanırlar. Nəticədə onlar gündəlik həyatlarında daha sakit, fokuslu, enerjili və öz ehtiyaclarına qarşı daha diqqətli davranmaq üçün ilkin addımlar müəyyən edirlər.
All
CC : Pending approval RD : 0